Cahit Bağçı Azərbaycana təşəkkür etdi

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Kahramanmaraşa göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə “X” hesabında yazıb.

“Ölkəmizdə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar kədərimizi öz kədəri bilən, bizimlə tək ürək olan qardaş Azərbaycana növbəti dəfə təşəkkür edirik. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə, “qardaşlarımız üşüməsin” prinsipi ilə hazırlanmış üçüncü yardımı Kahramanmaraşa yola saldıq. Komitə rəhbəri Fuad Muradova və komandasına təşəkkür edirik”, – o bildirib.

Səfir bildirib ki, biz birlikdə güclüyük: “Yaralarımızı birlikdə sarımağa davam edəcəyik”.

Xatırladaq ki, bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu havaların soyuması ilə əlaqədar bu ilin fevralında Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib.