Cahangir Əsgərovun gedişi AZAL-a hansı yeniliyi gətirəcək? – Qiymət dəyişə bilər

İctimai rəydə belə qənat var idi ki, Azərbaycanda aviabiletlərin qiymətini baha olmasının səbəbkarı Cahangir Əsgərovdur. Artıq o, AZAL-ın prezidenti vəzifəsindən azad edilib. Bundan sonra aviabletlərin qiymətlərində dəyişiklik olacaqmı?

Milli Məclisin deputatı Fazil Mustafa Globalinfo.az-a deyib ki, Cahangir Əsgərovun vəzifədən azad olunmasından sonra biletlərin qiymətində hansısa dəyişikliyin olunacağı barədə şirkətdən dəqiq açıqlama verilməyib:

Fazil Mustafa

“Ümid edək ki, yaxşıya doğru nələrsə dəyişər. Qiymətlər bir az ucuzlaşar. İnsanlar AZAL-ın xidmətindən daha rahat şəkildə istifadə edə bilərlər. Amma hələ bunun əlamətləri görünmür”.

İqtisadçı Xalid Kərimli deyib ki, Cahangir Əsgərov 27 ilə yaxın AZAL-ın prezidenti olub:

Xalid Kərimli: “Maaşların artması hökumətin səlahiyyətində olan məsələdir və vətəndaş təzyiq edə bilməz”

Xalid Kərimli

“Görünür yaxşı məmur olub ki, bu qədər fəaliyyət göstərib. Belə baxanda o, qiymətləri öz istəyi ilə artırmayıb ki, ciddi dəyişiklik də, olsun”.

X.Kərimli Azərbaycanın hava nəqliyyatında monopoliya olduğunu da qeyd edib:

“Aeroportların və AZAL-ın idarəedicisi fərqli olmalıdır. İndi aeroportlar AZAL-a həvalə edilib, o da istəmədiyi şirkəti buraxmır. Vətəndaşı maraqlandıran odur ki, məsələn, Gəncədən “Wizz Air”lə uça bilsin və yaxud da “ Pegasus”un xidmətindən yararlansın. Yəni ölkədə bu cür rəqabət, yanaşma olmasa, qiymətlər düşməyəcək”.

Səmayə Rəhimzadə
Globalinfo.az