Buzovnada oğrular ev sahibini bıçaqladı

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Buzovna qəsəbəsindəki evlərdən birinə oğurluq məqsədi ilə girən 2 nəfərin ev sahibi ilə rastlaşdıqda ona bıçaqla xəsarət yetirərək qaçmaları barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Zahid Zahidli saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən olunub.

Əməliyyat tədbirləri davam etdirilir.