Türkiyəli iş adamı Xəzərdə batdı – VİDEO

***14:55

Bir neçə saat öncə Azərbaycanda fəaliyyət göstərən “Caspa Teknoloji MMC”-nin rəhbəri, Türkiyə vətəndaşı olan iş adamı Süleyman Filiz Buzovna çimərliyində batıb.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bununla bağlı Teleqram kanallarında məlumat yayılıb.

Hazırda FHN-nin xilasedicilərinin iş adamının axtarışını davam etdirdiyi bildirilir.