Bu yolda piyadalar ölümlə üz-üzədir – VİDEO

Bilgəh-Zuğulba yolunda ölüm gözlə qaş arasındadır. Yüksəksürətli və intensiv hərəkətli yolun bir tərəfindən digərinə keçmək sözün əsl mənasında ölüm təhlükəsi yaşamaq deməkdir. Ancaq burada yaşayan sakinlər hər gün bu təhlükə ilə üz-üzə gəlmək məcburiyyətindədirlər.

Həmin yolun kənarında yaşayan sakinlər deyirlər ki, bu yolda tez-tez bədbəxt hadisələrin şahidi olurlar.

Maraqlıdır ki, hər iki tərəfində yaşayışın olduğu Bilgəh-Zuğulba yolunda piyada keçidləri arasındakı məsafə kilometrlərlə uzanır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirdi ki, Buzovna-Zuğulba yolu sürətli və çoxhərəkət zolaqlı olduğundan burada yol hərəkətinin ümumi təhlükəsizliyi baxımından nizamlanan və ya nizamlanmayan piyada keçidinin təşkili məqsədəuyğun hesab edilmir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlamaq cəhdlərimiz isə uğursuz oldu.

Globalinfo.az “Xezerxeber.az”ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir: