Müəmma: İkram Vəliyev vəzifədən azad edilib? – İcradan açıqlama

Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini İkram Vəliyevin vəzifədən azad olunması ilə bağlı Globalinfo.az-a məlumat daxil olub.

Məsələni dəqiqləşdirmək üçün Globalinfo.az Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova xəbəri təkzib edib:

“İkram Vəliyev hazırda məzuniyyətdədir. Bilmirəm niyə belə bir xəbər yayıblar. Məzuniyyətə nə vaxt çıxdığı və nə vaxt qayıdacağı haqda bir söz deyə bilmərəm”.

Qeyd edək ki, İkram Vəliyevin yerinə İnzibati ərazi dairələri üzrə Şəhadət kənd nümayəndəsi Kərim Seyidovun təyin olunduğu bildirilir.

Əməkdaşımız K.Seyidovla əlaqə saxlayıb.

“Hələ təsdiq olunmayıb. Bir həftədir ki, bu iş mənə həvalə olunub”, – K.Seyidov deyib.

Zaira Akifqızı
Globalinfo.az