Bu rayonlara qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksəklidə yerləşən ərazilərdə qeydə alınıb.

Xınalıq kənd sakinləri saytımıza bildirib ki, yaşayış məntəqəsində qarın hündürlüyü 2-3 santimetrə çatır.

Temperatur ötən günlərə nisbətən aşağı enib.