FETÖ terror qruplaşması 2016-cı ildə Rusiya səfiri Andrey Karlovu öldürməklə Ankara və Moskva arasında müharibəyə səbəb olmaq istəyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ali Kassasiya Məhkəməsinin qərarında qeyd olunub.
Sui-qəsdçilərin səfirlə bağlı məlumatlı olduğu və əvvəlcədən onun həmin gün zirehli gödəkçə geyinməyəcəyini bildikləri qeyd olunub.
“Onlar Türkiyə və Rusiya arasında münasibətləri müharibə həddinə çatdırmaq niyyətində olublar. Xaos yaratmaq,15 iyul 2016-cı ildən sonra yeni çevriliş cəhdi üçün zəmin hazırlamaq istəyiblər”, – bildirilib.
Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov 2016-cı ilin 19 dekabrında Ankarada fotosərgi açılışı zamanı güllələnib.
Tamerlan Yayaqan
Globalinfo.az