Köpük ya Nikolun qarşısında partlayacaq, ya da… – Aşotyan

“Ermənistanın “demokratikləşməsi” blefdir və bunu təkcə sadə vətəndaşlar deyil, Paşinyanın geosiyasi sponsorları da bilir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

O bildirib ki, Ermənistanda seçkilər ciddi pozuntularla keçirilir, qanunun aliliyi təmin olunmur və korrupsiya geniş yayılıb. Eyni zamanda vətəndaş cəmiyyəti inkişaf etməyib, məhkəmə müstəqil deyil, jurnalistlər təzyiq altındadır. Bu, Nikol Paşinyan “demokratiyası”nın əsl mənzərəsidir.

“Bu baxımdan Ermənistan təkcə Avropa ölkələrinə deyil, Banqladeş, Malavi, Zambiya, Seneqal, Şri-Lanka və hətta Papua-Yeni Qvineyaya da uduzur. Ermənistanın reytinqi də pisləşib. Qərb siyasi dairələri Nikolun geosiyasi oyunlarına görə onun başını sığallasalar da, rejimin əsl simasını çox gözəl bilirlər. Lazım gələrsə, bundan bütün beynəlxalq tədbirlərdə istifadə edəcəklər. Nəinki Ermənistanın sadə vətəndaşları, hətta Paşinyanın geosiyasi sponsorları da Ermənistanın “demokratikləşməsi”nin böyük və gülünc blef olduğunu bilirlər. Bu köpüyün Paşinyanın, yoxsa erməni xalqının qarşısında partlayacağı məlum deyil”, – Aşotyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az