handznel tigranasheny nshanaku n

Ermənistanda Kərki təşvişi yaşanır: son vaxtlar mütəmadi olaraq bu kəndin adını çəkib gündəmə gətirirlər və ərazinin Azərbaycana qaytarılmasını faciə kimi qiymətləndirirlər. Buna səbəb kimi isə oradan keçən yolu göstərirlər.

Xatırladaq ki, bu yaxınlarda sərhədyanı yaşayış məntəqələrinin inkişafı proqramında Kərkinin adının olmaması Ermənistanda ciddi həyəcan yaratmışdı. İndi müzakirələr yenidən qızışıb.

Bəs kənd qaytarılsa, burada Ordumuzun yerləşməsi necə olacaq? Kərki ilə Naxçıvan arasında əlaqə necə təmin ediləcək? “Kərki dəhlizi”nə ehtiyac yaranacaqmı? Paşinyan hökumətinin sülh prosesindən yayındığı son aylarda Kərki ilə bağlı gözləntilər reallaşa bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Kərki kəndinin qaytarılması anklavların həlli prosesinin tərkib hissəsi olacaq:

“Bu baxımdan, Ermənistanda müzakirələr getsə də, bu prosesin necə həll ediləcəyi hələ də sual altındadır.

Birincisi, anklavların qaytarılması üçün kiçik dəhlizlərə ehtiyac var.

İkincisi, Ermənistan tərəfi anklavlar məsələsində Başkəndə iddia edir.

Asif0nerimanli 3 900x600 1

Asif Nərmanlı

Bu iki amil anklavlarla bağlı məsələni problemə çevirir. Fikrimcə, anklavlar məsələsi uzunmüddətli proses olan delimitasiyanın tərkib hissəsi kimi sülh sazişindən sonraya qala bilər.

Kərki anklavının qaytarılması Qazaxın anklavları ilə müqayisədə daha asandır. İstisna etmək olmaz ki, anklavlar məsələsi həll ediləndə ilk bu kənd qaytarılacaq. Çünki Naxçıvanla Kərki arasında qalan Arazdəyəndə yaşayış yoxdur, əsasən düzəngah ərazilərdir. Ermənistanın burada zavod tikmək planı da baş tutmadı. Bu ərazidən dəhlizin verilməsi mümkün variantlardandır. Kəndin danışıqlar yolu ilə qaytarılması və Sədərəkdən kəndə əlaqənin yaradılmasının yeganə yolu da məhz dəhlizin verilməsindən keçir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: