Bu günün hava proqnozu

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, Bakıda və Abşeronda gecə 12-16 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacaq.

Rayonlarda da əsasən hava yağmursuz keçəcək.

Havanın temperaturu gecə 12-17 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.