74103aa4d52980678bc84e25f08e1f15

Bu gün Xətai rayonunda növbəti iməcilik keçirilib.

Globalinfo.az xəbər verir ki, iməcilikdə  prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib. Prospekt və küçələr boyunca yerləşən ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər.

Yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, sulanıb, ağacların qurumuş budaqları budanıb. Əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparılıb, yaşayış binalarında, həyət və məhəllələrdə, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

İməclik tədbirləri gün ərzində davam etdiriləcək.

577aa4176ff1aeb0b3164384d0c16ded 47759346024b4982bd44e9e7af6fcbb3 7e0c3aee7ecd9b01cbcc5b481578817b b50c7552d21f71949a3670eaf4a117bf a89b46c76c84023bbd9d462bf6292745 012005dad673b6f1e62bcfa0f83dcbd2 bd0a6f4e78714a2ef362e07ee3e1942b 17a52ea1362086e8e8f6393600b11a88 a4c07db9cd1131bb8384e67696d70ac9 dca9d2fb838b1ba6deda8606a4ee831d e735d170dc01c169dc092eb2725543b7 720115f3f2b5116837238a21f7f18d05 6807c322e52e515d6905ab9e9ad5f0a8 d38ff4b6da4d0f4e3cb30f548c0285a7 9f4a24188fa8f02c1a606487214ecdc0 b4108e281f66df4bc99ba65497bb064f 807de971a4bc3527bba33771b9ba4157 f6ca581cf4ca44aee51ca9447bd420f5

Paylaş: