Fond yeni mədəniyyət elitasını formalaşdırıb – Fazil Mustafa

“Bir neçə gün öncə Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsertdə bir məqam diqqətimi çəkdi”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin mayın 7-də keçirilən iclasında deyib.

“Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert proqramında iştirak etdik. Düşünürəm ki, Fondun Azərbaycan tarixində gördüyü ən möhtəşəm iş yeni dövrün mədəniyyət elitasını formalaşdırmaq oldu.

Siyasi elita hər zaman formalaşa, biri digərindən sonra gəlib idarəçiliyi həyata keçirə bilər. Amma mədəni elitada bu belə deyil. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, orada fondun dəstəyi görülməsin”, – deputat bildirib.

Ayşən Mustafa
Globalinfo.az