Bu, Ermənistanın Türk dünyasına inteqrasiyası deməkdir – Ayvazyan

“Ermənistan türk dünyasının mühüm tərkib hissəsi olan Qazaxıstanın vasitəçiliyi ilə Azərbaycanla münasibətlərin tənzimlənməsinə cəlb olunur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan deyib.

O bildirib ki, bu, Ermənistanın türk dünyasına inteqrasiyası kimi qəbul ediləcək.

“Ermənistanın son iki ildə nümayiş etdirdiyi geosiyasi münasibətlər regionda bəzi aktorların mövqelərinin möhkəmlənməsinə, digər oyunçuların isə mövqelərini itirməsinə şərait yaradıb. Ermənistanı tərifləməklə bizi bu bölgədə türk hegemonluğunu qəbul etməyə məcbur buraxırlar. Əgər Ermənistan indiki mövqeyinə sadiq qalsa, türk hegemonluğunun qurulmasına əngəl olan yeganə maneə aradan qalxacaq. Bu, Qərbin apardığı siyasətdir. Qərb Türkiyənin bu bölgədə söz sahibi  olmasında maraqlıdır”, – Ayvazyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az