Bu, baş versə, Ukrayna böyük ərazilər itirəcək – Starikov

“Ukrayna Silahlı Qüvvələrinin Çasovoy Yardakı məğlubiyyəti cəbhəni iki hissəyə böləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin istefada olan polkovniki Oleq Starikov deyib.

“Rusiya ordusu bu sürətlə Donbass və Xarkov vilayətinin dərinliklərinə doğru irəliləməyə davam etsə, cəbhə dağılacaq, mövqe döyüşləri mobil müdafiəyə çevriləcək, sonra isə Ukrayna böyük ərazilərini itirməyə başlayacaq”, – Starikov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az