“Birləşmiş Ştatlar Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə order verməsi tələbinə müvafiq cavab hazırlayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken deyib.
O bildirib ki, BCM-in bu addımı atəşkəsin əldə olunmasını və HƏMAS-ın əlindəki israilli girovların azad edilməsini çətinləşdirə bilər.
“ABŞ administrasiyası BCM-in qərarına uyğun cavab hazırlamaq üçün Konqreslə işləyəcək. Çünki sözügedən tələb vəziyyəti daha da qəlizləşdirə bilər”, – Blinken vurğulayıb.
Xatırladaq ki, daha öncə Blinken Birləşmiş Ştatların BCM-in prokuroru Kərim Xanın Netanyahunun həbsinə order vermək tələbini rədd etdiyini açıqlayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az