14 ildən sonra münasibətləri bərpa etdilər

a606ff59 7b01 389a 8a06 28ff012b7d98 850

Böyük Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Suriya Prezidenti Əhməd Əl-Şaara ilə görüşündə deyib.

“Suriya xalqı üçün yeni ümid var. Böyük Britaniya Suriya ilə diplomatik əlaqələri bərpa edir. Çünki bütün suriyalılar üçün sabit, daha təhlükəsiz və firavan gələcək qurmaq öhdəliyini yerinə yetirməkdə yeni hökuməti dəstəkləmək bizim maraqlarımızdadır”, – Lemmi söyləyib.