BRIKS ölkələrinin ümumi iqtisadi potensialı artıq Qərbin G7 formatını əhəmiyyətli dərəcədə üstələyir. 2025-ci il üçün göstəricilərə əsasən, BRIKS-in birgə ÜDM-i G7 ölkələrinin göstəricisindən təxminən 25% çoxdur.
Globalinfo.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin BRIKS sammitində çıxışında deyib.
O bildirib ki, dünyada daha ədalətli və çoxtərəfli beynəlxalq münasibətlər sistemi formalaşmaqdadır.
“Bu sistem artıq “qızıl milyard”ın maraqlarını təmin edən təkqütblü dünyanı əvəzləyir. “Liberal qloballaşma” modeli özünü doğrultmayıb və dövrünü başa vurub”.
Əliyar Xəlil