Boş qalan iki posta təyinatla bağlı açıqlama

Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiqləsə də iki mühüm posta təyinat baş tutmadı. Söhbət Ədliyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrindən gedir.

Hər iki postun strateji və mühüm olduğunu nəzərə alsaq, təyinatların hələ edilməməsi diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, adıçəkilən qurumlara təyinatın edilməməsi heç də təəccüblü deyil:

Fazil Mustafa

“Ümumiyyətlə bu istiqamətdə müvafiq təyinatları Prezident İlham Əliyev edir. Hər halda yaxın günlərdə təyinatlar ediləcək. Yaş və ya səhhətlə bağlı olaraq dəyişikliyin olması da mümkündür.

Nəticə etibarilə indidən nə isə demək üçün çox tezdir. Səbirli olub gözləməliyik. Gec-tez Ədliyyə Nazirliyinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müvafiq təyinatlar baş tutacaq”.

Turan Rzayev
Globalinfo.az