6877ebedbf2042513df9fc40

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) İsrailin Suriyaya son hücumları ilə bağlı iyulun 17-də fövqəladə iclas keçirəcək.

Globalinfo.az xəbər verir ki, təcili sessiya Əlcəzairin müraciəti əsasında çağırılıb.

BMT TŞ-nın hazırkı sədri Pakistanın təşkilatdakı daimi nümayəndəsi agentliyə açıqlamasında bildirib ki, iclas iyulun 17-si günortadan sonra yerli vaxtla saat 15:00-da baş tutacaq.

Qeyd edək ki, İsrailin Suriyanın müxtəlif bölgələrinə endirdiyi son hava zərbələri beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub. Sessiyada regional sabitlik və mülki əhalinin təhlükəsizliyi məsələlərinin də gündəmdə olacağı gözlənilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: