BMT Baş katibi Antonio Quterreş Ukraynada səfərdədir.
Globalinfo.az xəbər verir ki, baş katib martın 8-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
O, Zelenski ilə Qara dəniz taxıl təşəbbüsünün bütün aspektləri üzrə davam etdirilməsi, eləcə də bölgədə cərəyan edən digər müvafiq məsələləri müzakirə edəcək.
Quterreş martın 9-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına qayıdacaq.
Qeyd edək ki, bu, Baş katibin son bir ildə Ukraynaya üçüncü səfəridir.
***
BMT-nin baş katibi Antonio Quterreş Kiyevə səfərindən əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin ilə telefonla danışaraq Ukraynaya səfəri barədə ona məlumat verib.
Bunu çərşənbə axşamı keçirdiyi brifinqdə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.
“Səfərdən əvvəl o, Rusiya xarici işlər nazirinin müavini Verşininlə söhbət edib. O, söhbət zamanı Ukraynaya gedəcəyini bildirib”, – deyə Haq bildirib.
Verşinin Rusiya Federasiyası üçün taxıl sazişi üzrə əsas danışıqlar aparan şəxsdir və onun uzadılması Quterreşin Ukraynaya səfərinin əsas mövzusu olacaq.