İndoneziyada 7,7 bal gücündə zəlzələ – Sunami xəbərdarlığı edildi

İndoneziyanın Tanbar bölgəsində güclü zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların maqnitudası 7,7 bal gücündə qeyd alınıb. Zəlzələ yerin 97 kilometr dərinliyində baş verib.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Ölən və ya yaralananlar barədə məlumat verilmir.