BMT Azərbaycanın xəritəsini yenilədi – FOTO

Birləşmiş Millərlər Təşkilatı (BMT) Azərbaycanın xəritəsini yeniləyib.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, BMT-nin 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsində Azərbaycandakı coğrafi adlar da təzələnib.

Qeyd edək ki, xəritədə Xankəndi, Xocavənd, Xocalı şəhərləri Azərbaycan toponimləri ilə qeyd edilib.

Bundan başqa, xəritədə Azərbaycanın hazırda Ermənistanın işğalı altında olan 8 kəndi də göstərilib. Söhbət Qazaxın 7 kəndindən və Naxçıvanın Sədərək rayonunun 1 yaşayış məntəqəsindən gedir.

Xatırladaq ki, Qazaxın işğal altındakı Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycan ərazisinə bitişikdir, qalan 3 kənd –  Yuxarı Əskipara, Sofulu və  Barxudarlı isə esklavdır (hər tərəfdən Ermənistan ərazisilə əhatələnib).

Həmçinin Naxçıvanın Kərki kəndi də hər tərəfdən Ermənistan ərazisilə əhatələnmiş esklav yaşayış məntəqəsidir.

BMT Azərbaycanın xəritəsini YENİLƏYİB