eraqci

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasının üzvlərini ABŞ və İsrailin ölkəsinə qarşı addımlarını qətiyyətlə pisləməyə çağırıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Əraqçi xüsusilə Rusiya və Çindən prinsipial mövqe gözlədiklərini bildirib. Onun sözlərinə görə, bu ölkələr ABŞ-ın Təhlükəsizlik Şurasındakı mövqeyindən sui-istifadə etməsinin qarşısını almalıdır.

Nazir qeyd edib ki, İran BMT Təhlükəsizlik Şurasının üzvlərindən ABŞ-İsrail aqressiyasına qarşı açıq və qəti mövqe nümayiş etdirməsini gözləyir.

Məlumata görə, Əraqçi bu fikirləri Çin xarici işlər naziri Van İ ilə görüşü zamanı səsləndirib.

Paylaş: