Blinken Kiyevə gəldi

ABŞ dövlət katibi Entoni Blinken Kiyevə səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın “Yevropeyskaya pravda” nəşri yazıb.

Onun səhər saatlarında Kiyevə gəldiyi bildirilir.

Dövlət katibinin mümkün Kiyev səfəri barədə ötən gün məlumatlar yayılsa da, Dövlət Departamenti bu məlumatı təkzib etmişdi.