Biz bunun keyfiyyətindən çox razıyıq – İlham Əliyev

ilham eliyev yeni
Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə mətbuata bəyanatında söyləyib.

“Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq”, – deyən dövlətimizin başçısı bildirib ki, birmənalı olaraq, bu işi davam etdirəcəyik.

“Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq”, – Prezident əlavə edib.