“Bilirdik ki, Azərbaycan istədiyi zaman bu qoşunları ölkədən çıxaracaq” – VİDEO

“Çünki bütün bu illər ərzində deyirdilər ki, “Rusiya qoşunları Azərbaycandadır və buradan çıxmayacaq” kimi cəfəng fikirlər səsləndirirdilər. Biz həmişə deyirdik ki, Azərbaycan nə zaman istəsə bu qoşunları ölkədən çıxaracaq”.

Globalinfo.az bildirir ki, bu fikirləri İctimai Televiziyanın efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev səsləndirib.

Millət vəkili bildirib ki, dünyanın heç bir yerində xidmət aparan sülhməramlı missiyanın fəaliyyətindən iki tərəf də razı qala bilməz.

“Artıq Rusiya sülhməramlı missiyası Azərbaycanı tərk etdi. Bu Rusiya prezidenti ilə Azərbaycan prezidenti arasında razılıq əsasında həyata keçirildi.”- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videomatrealda: