ron

Ukraynanın Moskva hava hücumları zamanı istifadə etdiyi mümkün taktikalar ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə hərbi ekspert və hava hücumundan müdafiə tarixçisi Yuri Knutov danışıb.

O bildirib ki, ötən gün reallaşan kütləvi hücumlarda “ulduz basqını” taktikasından istifadə edilib:

“Bu texnika eyni vaxtda bir neçə istiqamətdən zərbələrin endirilməsini nəzərdə tutur. Bu da hava hücumundan müdafiə sistemlərinin işini xeyli çətinləşdirir.

“Ulduz basqınları” anlayışı Böyük Vətən Müharibəsində də istifadə olunurdu. O dövrdə alman ordusu Sovet hava hücumundan müdafiəsini çətinləşdirmək üçün demək olar ki, eyni vaxtda müxtəlif istiqamətlərdən hücumlar təşkil edirdi. Moskvaya hücum zamanı da dronlar eyni vaxtda müxtəlif istiqamətlərdən uçurdu”.

Ekspert əlavə edib ki, hücumun miqyasına və mürəkkəbliyinə baxmayaraq, Moskvanın hava hücumundan müdafiə qüvvələri öz missiyasını yerinə yetirib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin 17 may gecəsi Moskvaya dron hücumu bir ildən çox müddətdə ən böyük hücum olub:təkcə gecə yarısından bəri hava hücumundan müdafiə qüvvələri 81, son 24 saat ərzində isə 120-dən çox dron vurub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: