Binəqədidəki yanğına tələsən TTY avtomobili palçığa batdı – FOTO

 

Bakının Binəqədi rayonu Abay Kunanbayev küçəsində mebel sexində baş verən yanğın zamanı ərazidə xilasetmə işlərinə tələsən Təcili Tibbi Yardım avtomobili palçığa batıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə paylaşılıb.  Görüntülərdə TTY maşınının qardan sonra yaranan palçığa batdığı, nəticədə avtomobilin hərəkətində çətinlik yarandığı, ətrafdakı insanların isə köməyə cəhd göstərdiyi əks olunub.

Bu fakt öz-özlüyündə bəzi yolların keyfiyyətsiz çəkildiyini və yaxşı təmizlənmədiyini bir daha gündəmə gətirir.

Xatırladaq ki, bu gün günorta saatlarında Binəqədi rayonu A.Kunanbayev küçəsində yerləşən mebel sexində partlayış baş verib. Hadisə nəticəsində 7 nəfər həyatını itirib, 24 nəfər isə xəsarət alıb.

Bir 3 nəfər, avtomobil, təcili tibbi yardım maşını və mətn şəkili ola bilər

Əliyar Xəlil,

Globalinfo.az