Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov bu cür hadisələrin nadir hallarda baş verdiyini deyib:
“Bəzi şirkət rəhbərləri çoxmərtəbəli binalarda əlavə kimi istifadə olunan texniki mərtəbələri vətəndaşlara satır. Halbuki sonuncu mərtəbə dam örtüyüdür və yaşayış üçün uyğun deyil. Güman ki, su dolan həmin binanın mansardında boşluq və ya açılma olub”.
Mülkədar Rüstəmov
Ekspert bildirib ki, binanın komendantı su axan yerə dərhal müdaxilə etməli idi:
“Vətəndaşın mənzili sığortalıdırsa, narahat olmamalıdırlar. Bununla dəymiş ziyan qarşılanacaq. Məsləhət görürəm ki, insanlar mansard dediyimiz son mərtəbəni almasınlar. Heç lift də həmin yerə qalxmır”.
Zaira Akifqızı
Globalinfo.az