Bild: İsrail bu tarixdə Hizbullahla müharibəyə başlayacaq

İsrail iyul ayında Hizbullaha qarşı quru əməliyyatına başlaya bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Qərb diplomatları bildirirlər ki, İsrail iyulun üçüncü və ya dördüncü həftəsində Livanın cənubunda əməliyyata başlaya bilər. Artan təhlükə səbəbindən bir çox ölkələr öz vətəndaşlarını Livanı tərk etməyə çağırır.

İsrail prezidenti İsaak Hersoq vəziyyətin nəzarətdən çıxa biləcəyindən narahatlığını ifadə edib.

Öz növbəsində Pentaqon rəhbəri Lloyd Ostin Hizbullahın təxribatlarının israilliləri və livanlıları arzuolunmaz müharibəyə sürükləyə biləcəyini deyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az