Bəzi yerlərə yağış, Şahdağa qar yağıb – Faktiki hava

Aprelin 6-sı saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Xaçmaz, Xaltan, Mingəçevir, Yevlaxda yağış, Ləzə (Qusar), Xınalıq, Qrız, Şahdağda qar yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17 dərəcəyədək, Naxçıvan MR-da 20 dərəcəyədək, Aran rayonlarında 19 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.

***10:48

6 aprel saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, aprelin 5-i axşamdan 6-sı səhərədək bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Şahdağda 17 sm, Qrızda 1 sm olub.

Düşən yağıntının miqdarı Qaxda 10 mm, Gədəbəydə 9 mm, Daşkəsəndə 7 mm, Göygöl, Şəkidə 5 mm, Gəncə, Şahdağda 3 mm, Şəmkir, Zaqatala, Balakən, Qəbələ, Oğuz, Göyçay, Qusar, Quba, Qrız, Xınalıq, Mingəçevir, Xaçmaz, Yevlax, İmişli, Sabirabad, Naftalanda 2 mm-dək olub.

Qrız, Daşkəsən, Şəkidə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 23-27 dərəcə, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 13-17 dərəcəyədək isti olub.