“Bəlkə aksiyanın 44 gününün tamamında dövlətimiz postlar yerləşdirib…”

“44 günə savaşı qazandıq. Ekologiyamızın sağlamlığı üçün fəaliyyət göstərən QHT-lərimiz gecə- gündüz Laçın-Xankəndi yolunda qar demədən, sazaq demədən fədakarlıq göstərirlər. Artıq 41 gündür ki, Vətən növbəsindədirlər”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Fazil Mustafa qeyd edib.

“Bəlkə burada da 44 günün tamamında yola dövlətimizin nəzarət postlarını tam şəkildə yerləşdirib müqəddəs işimizə ikinci vacib nöqtəni qoyaq? 44 rəqəmini hər dəfə təkrar olaraq gündəmə gətirdikcə erməni separatçılarını bir daha pəjmürdə edə bilərik. Xankəndində 44 nəfər erməni qalacaq işin sonunda. Necə olsa, 44 nəfərdən ibarət erməni folklor ansamblını mozaikamızı zənginləşdirmək üçün arada nümayiş etdirmək lazım gələcək. Dəmkeşləri də İran mollaları olar. Bacıların birlikdə təqdimatına baxmağa deyəsən çox az qalıb” – deputat vurğulayıb.