25 ildir işləyirlər, ortada nəsə yoxdur – Fazil Mustafa

“Bu gün icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin xeyli hissəsi əllərindən alınıb”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bələdiyyələrin əllərində kifayət qədər imkanların olmadığını bildirib:

“Hazırda sadəcə vətəndaşı qəbul edib yola sala bilirlər. Əllərində hər hansı fond və ya vəsait yoxdur ki, vətəndaşların şikayətlərini təmin edə bilsinlər. Qarşıdan bələdiyyə seçkiləri gəlir, bu, çox vacibdir. Bələdiyyələrin fəaliyyətinin 25-ci ili tamam olur, amma bu gün real bələdiyyə qurumu göstərmək qeyri-mümkündür. Bu dairələrin konkret hansı səlahiyyələrinin olduğu müzakirə edilmir, çünki yoxdur”.

“Xaricdə bələdiyyələrin çox sayda təsislərinin olduğunu, vətəndaşların sosial ehtiyacının təmini üçün xeyli iş gördüklərini müşahidə edirik. Xarici ölkələrdə bələdiyyələr sakinlərin problemlərinə tez baxa bilirlər, aylarla haradansa təsdiq gözləmirlər. Bu qurumlar ölkədə idmanın, turizmin, bir çox sahələrin inkişafında ciddi rol oynayırlar. Bizdə nə turizmdə, nə tikintidə, nə də nəqliyyatda bələdiyyənin rolunu görə bilmirik. Məsələn, bu gün 7-8 milyon vəsait bələdiyyənin ixtiyarına verilir. Əgər bələdiyyə özü fəaliyyət üçün hərəkətə keçərsə, heç bu qədər vəsaitin ayrılmasına ehtiyac qalmaz”, – deputat qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az