Belə bir respublika artıq yoxdur – Şarmazanov

2018-ci ildə geosiyasi mərkəzlər Serj Sərkisyandan erməni faktorunu ortadan qaldırmaq üçün imtina etdilər.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının İcraedici orqanının üzvü, eks-prezident Serj Sərkisyanın ən yaxın adamlarından sayılan Eduard Şarmazanov deyib.

“Nikol Paşinyan davamlı şəkildə Cənubi Qafqaz və regionda müstəqil erməni faktorunu sıradan çıxarır. Bu gün Ermənistan Respublikası klassik mənada yoxdur, çünki İrəvanın indi yürütdüyü siyasət müstəqillik bəyanatına ziddir. Üçüncü respublikanın əsasını məhz müstəqillik bəyanatı, Qarabağ hərəkatı və “soyqırım”ın beynəlxalq tanınması təşkil edir”, – o bildirib.

Şarmazanovun sözlərinə görə, Paşinyan administrasiyası Ermənistanı alətə çevirib:

“Bu hakimiyyət Ermənistanın Moskvadan Ankaraya, Ankaradan Vaşinqtona, Vaşinqtondan Brüsselə, Brüsseldən Tehrana qədər alət edilməsi üçün gətirilib. Paşinyan hakimiyyətə gəldiyi gündən özünün qırmızı xətlərinin olmadığını gizlətmədi”.

İlkin
Globalinfo.az