Bayraqdar Bakıda Şahbazovla görüşdü: Naxçıvandakı günəş enerjisi tutumu…

Energetika naziri Pərviz Şahbazov Azərbaycanda səfərdə olan türkiyəli həmkarı Alparslan Bayraktarla görüşüb.

Globalinfo.az xəbər verir ki, türkiyəli nazir Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak etmək üçün Bakıya gəlib.

Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlığın bütün dünyada təqdir olunduğunu deyən Bayraktar əməkdaşlığın təkcə iki ölkənin iqtisadiyyatına deyil, həm də regiona, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə və neft bazarlarının daha balanslı olmasına töhfə verdiyini vurğulayıb.