Vaşinqton görüşü buna görə baş tutmadı – ŞOK versiya

 

“Ola bilsin ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilməsi planlaşdırılan görüş Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri səbəbi ilə təxirə salınıb”.

Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Armen Yeqoyan parlamentin iclasında deyib.

“Xarici işlər naziri bu səfər çərçivəsində ölkədə olmalıdır”, – Yeqoyan bildirib.

Qeyd edək ki, iyunun 12-də ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı xarici işlər nazirlərinin görüşü planlaşdırılmışdı. Dövlət Departamentinin məlumatına əsasən görüş Azərbaycan tərəfinin xahişi ilə təxirə salınıb.

Ayşən Mustafa
Globalinfo.az