Moskva martın sonuna qədər Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünü planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “MediaHub” öz mənbələrinə istinadən yayıb.
Sayt İrəvanın hələlik görüşdə iştirakla bağlı heç bir cavab vermədiyini bildirib.
Ermənistan Xarici İşlər Nazirliyi isə saytın yaydığı informasiya ilə bağlı məlumat verməkdən imtina edib.
Qeyd edək ki, bundan öncə Moskva üçtərəfli görüş planlaşdırsa da, sonradan İrəvan burada iştirak etməkdən imtina etmişdi. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda olarkən isə belə görüşə hazırlıq getdiyini bildirmişdi.