Livanlılar Beyrut meydanında İsrail bayraqlarını yandırmağa çalışsalar da, plan baş tutmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Bir neçə şəxs meydanın ortasına atılmış iki İsrail bayrağını yandırmağa çalışıb. Lakin bayraqların odadavamlı materialdan hazırlandığı məlum olub.
Buna rəğmən bayraqların üzərinə benzin töküb yandırmağa çalışıblar, amma bu cəhd də uğurlu olmayıb.
Əliyar Xəlil
Globalinfo.az