Baş prokuror Laçın və Qubadlıda: hərbi hissələrdə olub – FOTO / YENİLƏNİB

 

İyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub.

Globalinfo.az xəbər verir ki, barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror əsgər və zabitlərlə görüş keçirib.

K.Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib.

Sonra bir qrup hərbiçiyə Silahlı Qüvvələr Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub.

*** 11:11

Laçın Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimindən sonra Baş Prokurorluğun rəhbərliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluqdan məlumat verilib.

Müşavirədə açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev zəruri tapşırıq və göstərişlərini verib.

Baş Prokuror bildirib ki, Laçın şəhəri işğal edildikdən sonra 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının nəzarətinə verilənədək Ermənistan Respublikasının aidiyyəti dövlət orqanları və orada qanunsuz məskunlaşdırılmış erməni milliyyətindən olan şəxslər tərəfindən həmin şəhərdə yerləşən istismara yararlı vəziyyətdə olmuş 2020 fərdi yaşayış evindən 1511-i qəsdən tamamilə dağıdılıb məhv edilmiş və istismara yararsız vəziyyətə salınıb.

Qeyd olunub ki, 27 ümumi yaşayış binasından 19-u qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 8-nə isə müxtəlif həcmli zərər vurulmuşdur. Ümumilikdə 190 inzibati binadan 143-ü qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 47-nə isə müxtəlif həcmli zərər vurulub.

Vurğulanıb ki, işğal müddətində Laçın şəhərində yerləşən, Azərbaycan Respublikasının vətəndaşlarına məxsus 509 fərdi yaşayış evlərində yaşamış erməni milliyətindən olan şəxslər tərəfindən 2022-ci ilin avqust ayında Laçın şəhəri Azərbaycana təhvil verilərkən Ermənistanın aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə həmin evlərin divarları, tavanları, döşəmələri, dam örtükləri, qapı və pəncərələri qəsdən sökülərək, habelə yanğınlar törədilərək həmin evlərə müxtəlif həcmli ziyan vurulmuş, istifadə üçün yararsız vəziyyətə salınıb, eyni əməllər Laçın rayonunun kəndlərində də törədilib.

Qeyd edilən faktlar Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə mötəbər sübutlarla müəyyən edilib.

Xatırladaq ki, iiyunun 22-də Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Laçın şəhərinə gedib.

Baş prokuror Laçın şəhərində əməliyyat müşavirəsi keçiribBaş prokuror Laçın şəhərində əməliyyat müşavirəsi keçirib

***10:46

İyunun 22-də işğaldan azad edilmiş Laçın şəhərində rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.

Bu barədə Globalinfo.az-a Azərbaycanın Baş Prokurorluqdan məlumat verilib.

Açılış mərasimində Baş prokuror Kamran Əliyev, Baş prokurorluğun rəhbər heyəti, eləcə də prokurorluğun veteranları iştirak edib.

Tədbirdən öncə mərasim iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad edib.

Tədbir iştirakçılarına məlumat verilib ki, inzibati binada prokuror, prokuror köməkçiləri və müstəntiqlər üçün otaqlar, dəftərxana və arxiv yaradılıb.

Qeyd edilib ki, bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.

Laçın Rayon Prokurorluğunun yeni inzibati binasında yaradılan şəraitlə tanış olan Baş prokuror kollektivə uğurlar arzu edib.

Baş Prokuror bildirib ki, Laçın Rayon Prokurorluğunun Laçın şəhərində inzibati binasının açılışı prokurorluq orqanlarının tarixində mühüm günlərdən biri olmaqla, prokurorluq işçisi kimi hər kəsi sevindirir və prokurorluq orqanlarının tarixinə qızıl hərflərlə yazılacaq.

Qeyd olunub ki, inzibati binasının açılışı edilən ilk dövlət orqanlarından biri olması, prokurorluq orqanlarının fəaliyyəti üçün yaradılmış yüksək şərait prokurorluq orqanlarının dövlət orqanları sistemində yüksək yerini göstərməklə, həm də dövlət başçısı tərəfindən prokurorluğa göstərilən etimad və qayğının sübutudur.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanlarının ənənəvi tarixi fəaliyyəti, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətə sadiqliyi və bu siyasətin həyata keçirilməsinə yüksək dəstəyi əminlik yaradır ki, prokurorluq orqanları işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçın rayonunda hüquq qaydasının təmin edilməsi və möhkəmləndirilməsi, insan və vətəndaşların hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla mübarizə üzrə digər orqanlarla əlaqəli şəkildə fəaliyyətini bundan sonra da yüksək səviyyədə yerinə yetirməklə, göstərilən etimadı daha da yüksək səviyyədə doğrultmağa, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən tam şəkildə gəlməyə davam edəcək.

Prokurorluq əməkdaşlarının xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə olunub.

Xatirə fotoşəkli çəkilib.

Laçın şəhərində prokurorluğun binası istifadəyə verilib - FOTO Laçın şəhərində prokurorluğun binası istifadəyə verilib - FOTO Laçın şəhərində prokurorluğun binası istifadəyə verilib - FOTO