1729863012 ap23291286548206 pic 32ratio 900x600 900x600 51151

“Şimali Koreya Rusiyaya 10 minə yaxın əsgər göndərib. Onlar yaxın həftələrdə Ukrayna yaxınlığında döyüşən rus hərbçilərinə qoşula bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq deyib.

“Bu əsgərlər artıq Ukrayna ilə aparılan döyüş mövqelərinə yaxınlaşıblar. Biz Rusiyanın bu əsgərlərdən Kursk bölgəsində Ukraynaya qarşı döyüşlərdə istifadə edəcəyindən çox narahatıq”, – deyə Sinq vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: