Baqrat böyük mitinq keçirir – “Paşinyan istefa verəcək!”

Ermənistanda “Vətən üçün Tavuş” hərəkatı saat 18:30-da Baqramyan prospektində mitinq keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın lideri, keşiş Baqrat Qalstanyan paylaşım edib.

“Sabah Milli Assambleyanın qarşısında mühüm iclasımız olacaq, o zaman hökumətin istefası müzakirə olunacaq. Sabahkı görüş son dərəcə vacibdir. Biz sübut edəcəyik ki, bu hakimiyyətin xalqa heç bir aidiyyəti yoxdur, özgələşib, qanunsuz mövqedədir”, – keşiş qeyd edib.

Baqrat vurğulayıb ki, hökumət başçısı vəzifədən kənarlaşdırılmalıdır:

“Nə olursa olsun, hərəkat öz məqsədinə, yəni “bu şəxsin uzaqlaşdırılması və həqiqətin qələbəsi”nə çatmaq üçün canlı və qətiyyətli olacaq. Hakimiyyətin dəyişməsi dərin, mənalı dəyişikliklərdən bəhs etdiyimiz komponentlərdən yalnız biridir”.

Əliyar Xəlil
Globalinfo.az