Balakəndə oğul atasını bıçaqladı

Balakəndə oğul atasını bıçaqlayıb.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Yeni Şərif kəndində qeydə alınıb. Kənd sakini 1993-cü il təvəllüdlü Ramil Şabanov mübahisə zamanı atası, 55 yaşlı Mahama Şabanova bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.