Bakının bu yollarında tıxac var – Siyahı

Bakıda tıxac yaranan yolların adları açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

3. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

7. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

9. Zərifə Əliyeva küçəsində;

10. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.