qaz

Naxçıvan şəhərinin bəzi kəndlərində qaz müvəqqəti olmayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

Bildirilib ki, 159 mm-lik boru korroziyaya uğradığı üçün yeraltı xəttin yerüstü xətlə əvəz olunması ilə əlaqədar qaz təchizatı Naxçıvan şəhərinin Qaraxanbəyli, Bulqan və Qaraçux kəndlərində iyulun 3-ü, saat 14:00-dan 17:30-dək müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.

***

Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb. 

Bu barədə Globalinfo.az-a “Azəriqaz” İB-dən bildirilib.

İşlərin yekunlaşdırılması məqsədilə iyulun 3-ü saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş: