Paytaxt yollarında hazırkı vəziyyət açıqlandı – FOTO

Hal-hazırda paytaxt yollarında vəziyyət normaldır, sıxlıq müşahidə olunmur.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Eyni zamanda yollardakı vəziyyət nəzarət altında saxlanılır və bununla bağlı sürücülər mütəmadi məlumatlandırılacaq.

***

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda sıxlıq olan yolların siyahısını təqdim edirik:

1. Ziya Bünyadov prospekti, “Çermet” körpüsü, “Koroğlu” metro stansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsi istiqamətində sıxlıq müşahidə olunur.