“Hamı bir-birindən soruşur ki, BMT Təhlükəsizlik Şurasında nə baş verdi? Heç kim ictimaiyyətə bir söz demir. Reallıq isə dəyişmir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri erməni politoloq Vaqe Ovannisyan deyib.
“Bir institut kimi müxalifət susur. Qarabağdan da cavab yoxdur, hərçənd mən düşünürəm ki, olmalı idi. Görünür, son anda hansısa razılıq pozulub, ya da ümumiyyətlə olmayıb ki, yekunda da heç bir sənəd ortaya çıxmadı.
BMT TŞ iclasını məğlubiyyət və ya nailiyyət hesab etmək olmaz. Hər şey növbəti addımlardan asılıdır. Müəyyən addımlarla gələcəkdə irəliləyiş əldə etmək olar, səhv addım atılacağı halda isə pis ssenari ilə üzləşəcəyik.
Xüsusilə BRİKS ölkələri ilə ciddi iş aparılmalı idi, ancaq ən azından Braziliyanın qəribə çıxışı göstərdi ki, ənənəvi olaraq ermənipərəst mövqeyə sahib ölkədə də bu dəfə əksi baş verdi”, – o bildirib.