Bakıdan Ağstafaya gecə qatarı açılır

Bayram günlərində Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Globalinfo.az-a verilən məlumata görə, sərnişin tələbatını nəzərə alaraq 7-12 noyabr tarixlərinə əlavə reyslər təyin edib.

Belə ki, 7-11 noyabrda Bakıdan 23:55-də yola düşən qatar Ağstafaya 06:23-də çatacaq.

Məlumata görə, 8-12 noyabrda Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya 15:29-da çatacaq.

Sərnişinlər biletləri ady.az-dan və kassalardan əldə edə bilərlər.