Bakıdakı separatçılar ailələri ilə görüntülü danışdılar

Azərbaycanda həbsdə olan ermənilərlə onların yaxınları arasında ümumilikdə 660 əlaqə yaradılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan nümayəndəliyi məlumat yayıb.

BQXK bu əlaqənin səsli və görüntülü zəng, məktub şəklində təmin edildiyini bildirib. Komitə həbsdə olan şəxslərə mütəmadi və maneəsiz şəkildə baş çəkdiklərini, onlarla yaxınları arasında əlaqə yaradıldığını qeyd edib.

Xatırladaq ki, hazırda keçmiş qondarma rejimin separatçı-terrorçu “liderləri” də Bakıda istintaq təcridxanasındadır.

Azərbaycan onların hüquqlarının edilməsi və ailələri ilə hər həftə əlaqə qurulmasına imkan yaradır.

Ayşən Mustafa
Globalinfo.az