Bakıdakı çılpaq qız heykəli söküldü – SƏBƏB

heykel

Bakıda tanınmış italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətin gücü” (Force of Nature) adlı Yer kürəsini “tutub saxlamağa çalışan qadın” heykəli sökülüb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Xatırladaq ki, Kuinnin heykəlləri Londonda, Qətərdə və ABŞ-da nümayiş olunub.

“Təbiətin gücü” əsəri 2 cür hazırlanıb: paltarlı və paltarsız. Bakıda paltarsız versiyası qoyulmuşdu.

Globalinfo.az xatırladır ki, sözügedən heykəllə bağlı yerli mətbuat və sosial şəbəkələrin Azərbaycan seqmentində çox sayda qınaq və tənqid səsləndirildi. Onun bu səbəbdən söküldüyü güman olunur.

WhatsApp Image 2024 11 10 at 15.27.39